PDF Oxu

Siyasət

  • 30

ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti: Bizdə Azərbaycanda keçirilmiş seçkilərlə bağlı çox müsbət təəssürat yarandı

ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti: Bizdə Azərbaycanda keçirilmiş seçkilərlə bağlı çox müsbət təəssürat yarandı

"ATƏT-in Parlament Assambleyasının qısamüddətli missiyasının tərkibində Azərbaycanda keçirilmiş prezident seçkilərini mən də izləmişəm. Parlament Assambleyasındakı digər həmkarlarım kimi, mən də bir çox seçki məntəqəsində oldum, Bakı və ətraf ərazilərdə yerləşən məntəqələrdə Slovakiyadan olan nümayəndə heyəti ilə birgə müşahidələr apardıq, səslərin hesablanmasında da iştirak etdik. Şəxsən məndə yaranmış təəssürat çox müsbət oldu".

Bu sözləri Monteneqronun Budva şəhərində ATƏT-in Parlament Assambleyasının sessiyasında iştirak edən qurumun vitse-prezidenti, Gürcüstan parlamentinin üzvü Georgi Sereteli demişdir.

G.Sereteli demişdir: "Hesab edirəm ki, seçkilər yaxşı təşkil olunmuşdu, komissiyalar dəqiq işləyirdi. Bizim müşahidə sahəsində yaxşı təcrübəmiz vardır, çox vaxt komissiya işini düzgün qurmayanda suallarımıza cavab verə bilmir. Burda isə vəziyyət tam əksinə idi, onlar bizim bütün suallarımızı dəqiqliyi ilə cavablandırdılar. Bundan başqa, müşahidə apardığım məntəqələrdə müxalifət partiyalarını təmsil edən müşahidəçilərin çoxu ilə də söhbət etdim. Görünən o idi ki, onların da prosesə nəzarət etməsi üçün kifayət qədər imkanları var idi. Məntəqələrdə veb-kameralar quraşdırılmışdı ki, bu da bir növ nəzarət formasıdır".

Ümumilikdə prosesi müsbət dəyərləndirdiyini qeyd edən ATƏT PA-nın vitse-prezidenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) olan həmkarlarının seçkilərlə bağlı kəskin rəy vermələrinin onu heyrətləndirdiyini vurğulayaraq demişdir: "Başa düşürəm ki, seçkilərdə hansısa xırda nöqsanlar olub, hər şeyi dəqiqliyi ilə bilmək mümkün deyildir. Amma bu, o demək deyil ki, bütün seçki prosesi mənfi şəraitdə keçirilib. Almaniya və Fransadan olan həmkarlarımız bu haqda geniş məruzə ilə çıxış etdilər, onlar da bu və ya digər formada hansısa pozuntuların olduğunu istisna etmədilər, amma onlar da prosesin ümumilikdə müsbət şəkildə keçdiyini vurğuladılar".

G. Sereteli demişdir: "DTİHB nədənsə həmişə yalnız mənfini görmək siyasətini yürüdüb. Bizim qısamüddətli missiyamızda isə bu məsələ belə formada qoyulmur. Biz siyasətçiyik və gördüyümüzü də obyektiv şəkildə deməliyik - həm mənfi, həm də müsbət tərəfləri. Ola bilsin həm seçkidən əvvəl, həm seçki günü hansısa pozuntular olub. Amma yalnız seçki günü ilə bağlı mənfi rəy vermək və sərt tənqid səsləndirmək düzgün deyildi. Həm müsbət addımları qeyd etmək, həm də nöqsanları göstərmək lazımdır. Düzgün və obyektiv yanaşma bu cür olmalıdır. Bizdə - ATƏT PA-nın üzvlərində Azərbaycanda keçirilmiş seçkilərlə bağlı çox müsbət təəssürat yarandı və biz bu seçkiləri növbəti irəliləyiş kimi qiymətləndiririk.

yap.org.az

Digər xəbərlər