PDF Oxu

Siyasət

  • 32

Hikmət Babaoğlu: “Bu məsələnin arxasında kimlərin dayandığı ortaya çıxmalıdır”

Hikmət Babaoğlu: “Bu məsələnin arxasında kimlərin dayandığı ortaya çıxmalıdır”

"Hesab edirəm ki, Rusiyada Orxan Zeynalova qarşı baş verən məlum hadisə, bəzi anti-azərbaycançı dairələrin təşkil etdiyi və əvvəlcədən düşünülən, ssenariləşdirilən hadisədir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.Politoloqun sözlərinə görə, bu hadisələrdə anti-azərbaycançı və erməni izi açıq-aşkar özünü göstərir: "Çox təəssüf ki, istər Rusiyada, istər Azərbaycanda olan bəzi mətbuat orqanları hadisəni təqdim olunduğu şəkildə, yəni manipulyativ formada ictimaiyyətə çatdırmaqla məşğuldurlar. Hesab edirik ki, bu yolverilməzdir. Çünki yayılan kadrlardan da göründüyü kimi, həmin şəxsin cinayəti törədib-törətmədiyi qeyri-müəyyəndir. Belə ki vidogörüntülərdə göstərilən ilkin adamla, sonradan cinayəti törətmiş şəxs kimi təqdim olunan Orxan Zeylanov tamam fərqli insanlardır. Bu videogörüntülərə baxan hər bir şəxs, o cümlədən də hüquq-mühafizə orqanları və insan hüquq müdafiəçiləri təşkilatları açıq şəkildə bunu görürlər. Sevindirici hal isə odur ki, Rusiyada bəzi telekanallar bizim dediyimiz fikirləri müdafiə edirlər. Bu mənada hesab edirik ki, qısa zamanda həm Rusiyanın hüquq-mühafizə orqanları, həm də Azərbaycanın əlaqədar dövlət qurumları bu məsələnin aydınlaşmasına nail olmalıdırlar. Hadisəni kimin hansı məqsədlə törətdiyi və bunun arxasında kimlərin dayandığı ortaya çıxmalıdır".Hikmət Babaoğlu deyib ki, bu gün Azərbaycanın Diaspora nümayəndələrindən biri və Rusiyada yaşayan bir şəxs Rusiya telekanalına müsahibəsində özünü onlara satıb: "Yəni o, hadisələrin bundan sonrakı inkişafı ilə bağlı qeyri-obyektiv istiqamətlər verməyə çalışıb. Görünür, məlum hadisəni təşkil edənlərdən biri də, məhz bu insandır. Düşünürəm ki, bu cür insanlar öz atdıqları addımları götür-qoy edərək, gələcək barədə fikirləşməlidirlər".Qeyd edək ki, oktyabrın 15-də Rusiya paytaxtında kütləvi iğtişaşlarla nəticələnən 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov saxlanılaraq istintaqa cəlb olunub.

sia.az

Digər xəbərlər