PDF Oxu

Siyasət

  • 34

Ziyad Səmədzadə: Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi 25 milyard manatdan çox olacaq

Ziyad Səmədzadə: Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi 25 milyard manatdan çox olacaq

"Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi 25 milyard manatdan çox olacaq". Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, bu göstərici büdcənin xərclər hissəsidir, gəlirlər isə bundan cüzi az olacaq. Onun sözlərinə görə, yaxın gələcəkdə sığorta yığımları da arta bilər.

"Gələcəkdə sığorta yığımları 1milyard manatı ötə bilər. 2020-ci ildə adambaşına düşən sığorta haqqının120-130 manata qalxması bir reallıqdır. Əgər nəzərə alsaq ki, 2020-ci ildə ÜDM iki dəfə, sığorta haqları iki dəfədən çox artacaq, bu o deməkdir ki, 2020-ci ildə adambaşına sığorta haqqı 120-130 manata qalxacaq"- deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər