"Azərbaycan ilə İran hökuməti arasında ekstradisiya haqqında sənəd imzalanıb". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev keçirdiyi birifinqdə söyləyib.Nazilrik sözçüsü deyib ki, İran 3 azərbaycanlının ölkəmizə ekstradisiyası ilə bağlı razılıq verib: "Bir müddət əvvəl Kamal Qədirov, Eyvaz Məmmədov, Zamin Həsənov İrana səfərləri zamanı həbs olunublar. Onların Azərbaycana ekstradisiyası ilə bağlı Azərbaycan XİN İrana sorğu göndərib və sorğuya müsbət cavab alıb".Elman Abdullayev "Moschino" şirkətinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində istehsalat müəssisəsi açmasına da münasibət bildirərək qeyd edib ki, artıq şirkət erməni mətbuatının yaydığı məlumatları təkzib edib: "Şirkət rəhbərliyi bu məlumatın doğru olmadığını bildirib: "Biz Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində hər hansı müəssisə açmaq fikrində deyilik".Qeyd edək ki, bundan əvvəl "Prado", "Armani" və "Versace" şirkətləri ermənilərin yaydığı xəbəri təkzib edib.
sia.az