PDF Oxu

Siyasət

  • 25

“TM News”: İlham Əliyevin Avropanın enerji müttəfiqi olan Azərbaycanda zəfəri. SOCAR şirkəti: İtaliyada Azərbaycan qazı getdikcə daha çox olacaqdır

“TM News”: İlham Əliyevin Avropanın enerji müttəfiqi olan Azərbaycanda zəfəri. SOCAR şirkəti: İtaliyada Azərbaycan qazı getdikcə daha çox olacaqdır

İtaliyanın "TM News" informasiya agentliyi "İlham Əliyevin Avropanın enerji müttəfiqi olan Azərbaycanda zəfəri. SOCAR şirkəti: İtaliyada Azərbaycan qazı getdikcə daha çox olacaqdır" sərlövhəli məqalə dərc etmişdir.

AzərTAc həmin məqaləni oxuculara təqdim edir: "Regional şahmat lövhəsində, maraqların və enerji layihələrinin içində İlham Əliyevin Prezident vəzifəsinə seçilməsi Avropa istiqamətində neft və qaz oyununa qəti nöqtə qoymuşdur.

1870-ci ildə kəşf edilmiş neft Xəzərdə bu kiçik regionu mühüm geosiyasi qovşağa çevirmişdir. Üstəlik, "Cənubi Qafqaz enerji dəhlizi" barədə o vaxtkı ideyalar bu gün çox müasirdir.

Azərbaycan müasir Avropa üçün enerji imkanlarının şaxələndirilməsi deməkdir.

Bu, Transadriatik qaz kəməri (TAP) sayəsində mümkün olmuşdur. Bu layihə İtaliya, Yunanıstan, Albaniya cəlb olunmaqla, Türkiyə ərazisindən Avropaya "mavi Azərbaycan qızılı" gətirəcəkdir. "Şahdəniz" yatağını işləyən konsorsium iyunun sonunda bildirmişdir ki, Avropa İttifaqı ölkələrinə gələcək ixrac üçün bu yolu seçmişdir.

Bu seçimi İtaliya üçün "strateji" adlandıran İtaliya Nazirlər Şurasının sədri Enriko Letta avqust ayında Bakıya səfər etmişdir. Uzun müddət TAP və NabuccoWest arasında birincinin xeyrinə seçim edən Azərbaycan hazırda Avropa İttifaqının bazarlarına istiqamət götürmüşdür.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri Murad Heydərov "TM News" agentliyinə müsahibəsində demişdir: "Azərbaycan qazı İtaliyada getdikcə daha çox, "Şahdəniz" meqa-yatağından Avropaya ixracın başlayacağı 2019-cu il üçün nəzərdə tutulan 8 milyard kubmetrdən xeyli çox olacaqdır".

yap.org.az

Digər xəbərlər