21 oktyabr 2013-cü il tarixində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı Braziliyanın Xarici İşlər Nazirliyi yanında Funag beyin mərkəzi və Bolonya universitetinin dəvəti ilə Rio de Janeyroda keçiriləcək "Kəsişən baxışlar: Çin, ABŞ, Avropa İttifaqı, Braziliya və inkişaf edən dünya" mövzusunda beynəlxalq seminarda çıxış etmək üçün bu ölkəyə səfər edəcək.SAM-dan SİA-ya verilən məlumata görə, Vüsal Qasımlı bu tədbirdə Qafqaz regionu perspektivindən qlobal və regional məsələlərə olan baxışı təqdim edəcək. V.Qasımlının hazırladığı "Azərbaycan Cənubi Qafqazın lider dövləti" mövzusunda araşdırma Funag fondu tərəfindən Braziliyada çap ediləcək kitabda öz əksini tapacaq.Oktyabrın 21-də V.Qasımlı Rio de Janeyro Federal Universitetində təşkil ediləcək "Azərbaycan-Braziliya diplomatik münasibətlərinin 20 illiyi" mövzusunda konfransda iştirak edəcək.Qeyd edək ki, tədbir Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilir. Konfransda Azərbaycan tərəfdən Braziliyadakı fövqəladə və səlahiyyətli səfir Elnur Sultanov da məruzə edəcək.
sia.az