PDF Oxu

Siyasət

  • 23

Rusiyanın Azərbaycandakı səfiri Orxan Zeynalovla bağlı bəyanat verib

Rusiyanın Azərbaycandakı səfiri Orxan Zeynalovla bağlı bəyanat verib

"Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub və bu, qarşıdurmalara gətirib çıxardı. Bu qarşıdurmaların əsasında kriminal hadisə və miqrantların bir qisminin özlərini anti-sosial şəkildə aparması dayanır". SİA-nın məlumatına görə bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin jurnalistlərə açıqlamasında deyib.Səfirin sözlərinə görə, Azərbaycan vətəndaşı olan Orxan Zeynalov bütün prossesual hüquqlarla təmin olunub: "Cinayətdə şübhəli bilinən şəxs-Orxan Zeynalov vəkil və tərcüməçi ilə təmin olunub və bütün müvafiq materiallar Azərbaycan dilinə tərcümə olunub".V.Doroxin əminliyini ifadə edib ki, yaxın zamanlarda Azərbaycanın Rusiyadakı səfirliyinin nümayənfələri Zeynalovla görüşə biləcəklər.Səfir bildirib ki, Orxan Zeynalovun məsələsi tam hüquq normaları çərçivəsindədir: "Biz məhkəmənin çıxardığı qərardan asılı olmayaraq, bütün hər şeyi edəcəyik ki, bu epizod iki ölkə arasındakı münasibətlərə, Rusiyada işləyən və bizim ölkəmiz üçün xeyli vacib işlər görən azərbaycanlılara olan isti münasibətə təsir etməsin. Biz məhkəmənin hökmünü gözləyirik və əminik ki, məhkəmə ədalətli qərar qəbul edəcək".V.Doroxinin məlum hadisə ilə bağlı mətbuatda yayılan xəbərlərə də şərh verib. Bildirib ki, Rusiyada bu məsələyə diqqət hadisənin cəmiyyətdə böyük əks-səda doğurması ilə bağlıdır və şübhəli şəxsin millətçiliyi ilə bağlı heç bir əlaqəsi yoxdur: "Ancaq Rusiya mətbuatında çıxan məlumatların yetərincə hüquqi əsası yoxdur. Ona görə də Azərbaycan qarşı təşkil oluna biləcək hər hansı bir kampaniyadan söhbət belə gedə bilməz. Çünki Rusiya Azərbaycanla münasibətlərinə xüsusi qiymət verir".Səfir Orxan Zeynalovun həbs edilməsi zamanı ona qarşı yol verilən zorakılıqları müttəhimin ağır cinayət törətməsi ilə əlaqələndirib: "Cinayətkarın həbsi zamanı ondan hər bir hərəkəti gözləmək olardı. Buna görə də həbs zamanı xüsusi təyinatlı qüvvəllərdən istifadə olunub. Xüsusi təyinatlılar Orxan Zeynalovun həbsi zamanı dünya praktikasında mövcud olan hərəkətlərə yol veriblər".Səfir qeyd edib ki, Orxan Zeynalovun həbsi zamanı xüsusi təyinatlıların hərəkətləri əsassız sayırlarsa müttəhimin vəkilləri şikayət edə bilərlər: "Bu cinayətin bütün detalları köklü şəkildə araşdırılacaq".Səfir vurğulayıb ki, bu hadisənin böyüdülmüş emossiyalarından azad olmaq vacibdir: "Biz elə etməliyik ki, bu hadisə Rusiyada və Azərbaycanda millətçilik tendensiyasına çevrilməsin və ölkələrimiz arasında münasibətlərə mənfi təsir etməsin. Ümid edirəm ki, Azərbaycan mətbuatı da bu hadisəyə öz konstruktiv töhfəsini verəcək".

sia.az

Digər xəbərlər