"1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa olunması tarixi hadisədir". Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.
Y.Mahmudov bildirib ki, müstəqilliyin ilk illəri ağır olsa da, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan inkişaf yoluna çıxdı. Hazırda müstəqil dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanır. Onun sözlərinə görə, hazırda yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsidir ki, dövlətimiz bu problemin həlli istiqamətində zəruri addımlar atır.
"Qarabağ həqiqətlərinin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılması alimlərin üzərinə düşən vacib məsələlərdən biridir. Son illər Qarabağın tarixi, ermənilərin torpaqlarımıza köçürülməsi ilə bağlı ciddi elmi əsərlər nəşr olunur. Bu nəşrlərdə erməni saxtakarlığı tarixi faktlarla ifşa edilir. Görülən bu işlər Prezident İlham Əliyevin informasiya mübarizəsində hücum xəttində olmağımızla bağlı tövsiyəsinə uyğun şəkildə həyata keçirilir"- deyə, Y.Mahmudov vurğulayıb.
yap.org.az