"Azərbaycanla Ermənistan arasında hələlik müzakirə aparılmır, ayrı-ayrı görüşlər aparılır". SİA-nın məlumatına görə bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, müzakirə aparmaq üçün hər iki tərəfdən hazırlıq tələb olunur.Tərəflər arasında yeni görüşlərin keçirilə biləcəyini vurğulayan A.Əzimov öz mövqeyini bildirərək deyib ki, görüş xətrinə görüş keçirmək düzgün deyil: "Yüksək səviyyədə görüşlərin keçirilməsi nəzərdə tutulub. Lakin, bu mənim şəxsi mövqeyimdir ki, görüş xətrinə görüş keçirmək mənasızdır. Görüşün mahiyyətini təşkil edəcək məsələlərdə irəliləyiş üçün imkan müşahidə edilsə, Azərbaycan belə görüşdən qaçmaz. Lakin gördüyünüz kimi, hələlik bu istiqamətdə irəliləyiş yoxdur".
sia.az