PDF Oxu

Siyasət

  • 26

Şahin İsmayılov: Cəmiyyətin ən qabaqcıl hissəsi olan tələbə-gənclər prezident seçkilərində cənab İlham Əliyevi dəstəklədilər

Şahin İsmayılov: Cəmiyyətin ən qabaqcıl hissəsi olan tələbə-gənclər prezident seçkilərində cənab İlham Əliyevi dəstəklədilər

"Cəmiyyətin ən qabaqcıl hissəsi olan tələbə-gənclər 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevi dəstəklədilər". Bu sözləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, bu il seçkilərdə ilk dəfə səs verən 600 min gəncin müəyyən bir hissəsini tələbələr təşkil edirdi. Onun sözlərinə görə, hər zaman cəmiyyətin inkişafına, yüksəlişinə çalışan tələbələrin seçkilərdə aktiv iştirak etməsi və Prezident İlham Əliyevə səs verməsi gəncliyimizin seçiminin İlham Əliyev olduğunu bir daha sübut edib.

"Tələbələrin, ümumiyyətlə gənclərin növbəti beş ildə də Prezident İlham Əliyevi öz liderləri görmələrinin şübhəsiz ki, səbəbi ölkədə aparılan uğurlu siyasətin, o cümlədən gənclər siyasətinin nəticəsidir və bundan sonra da Azərbaycan gəncliyi öz lideri İlham Əliyevi dəstəkləyəcək"- deyə, Ş.İsmayılov qeyd edib.

sia.az

Digər xəbərlər