PDF Oxu

Siyasət

  • 38

Rövnəq Abdullayev: Prezident İlham Əliyev növbəti beş il üçün enerji sahəsi üzrə tapşırıqlar verib

Rövnəq Abdullayev: Prezident İlham Əliyev növbəti beş il üçün enerji sahəsi üzrə tapşırıqlar verib

Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qarşıya enerji sahəsi üzrə növbəti 5 il üçün tapşırıqlar qoyub. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, əsas və strateji vəzifə Azərbaycan qazının Avropaya ixracının təmin edilməsi çərçivəsində layihələrin həyata keçirilməsidir.

R.Abdullayev qeyd edib ki, bu, xüsusilə, Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsini, "Cənubi Qafqaz" qaz kəmərinin genişləndirilməsini, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin tikintisini əhatə edir.

yap.az

Digər xəbərlər