PDF Oxu

Siyasət

  • 39

UNESCO-nun baş mənzil-qərargahında “Seyid Yəhya Bakuvi - tolerantlığın ifadəsi” mövzusunda konfrans keçiriləcəkdir

UNESCO-nun baş mənzil-qərargahında “Seyid Yəhya Bakuvi - tolerantlığın ifadəsi” mövzusunda konfrans keçiriləcəkdir

Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və UNESCO-nun təşkilatçılığı ilə oktyabrın 22-də UNESCO-nun Parisdəki baş mənzil-qərargahında görkəmli orta əsr Azərbaycan mütəfəkkiri və dühası Seyid Yəhya əl-Şirvani əl-Bakuvi ili çərçivəsində "Seyid Yəhya Bakuvi - tolerantlığın ifadəsi" mövzusunda elmi konfrans keçiriləcəkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, konfransda DQİDK-nın sədrinin səlahiyyətlərini icra edən Elşad İskəndərov, eləcə də Azərbaycan, Fransa, İngiltərə, Əlcazair, Türkiyədən olan tanınmış tədqiqatçılar, elm xadimləri iştirak edəcəklər.

Seyid Yəhya Bakuvinin xəlvətilik təriqəti, bu dini-fəlsəfi cərəyanın xüsusiyyətləri və dünya elminə verdiyi töhfələrin işıqlandırılacağı konfransda müxtəlif mövzularda məruzələr dinləniləcəkdir.

Oktyabrın 22-də, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü və DQİDK-nın təşkilatçılığı ilə UNESCO-nun baş mənzil qərargahında Seyid Yəhya Bakuvi ilinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Azərbaycan – tolerantlıq məkanı" sərgisi açılacaqdır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən 2013-cü il "Seyid Yəhya Bakuvi ili" elan edilmişdir.

yap.org.az

Digər xəbərlər