ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana olan səfərini başa vuraraq Londona yola düşüb. SİA-nın xəbərinə görə, bu barədə ABŞ-lı diplomat rəsmi "Twitter" səhifəsində bildirib.O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları Londonda davam etdirəcək.Qeyd edək ki, C.Uorlik Azərbaycana səfəri ilə bağlı təəssüratlarını da bölüşüb. O, möhtəşəm nahar üçün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova təşəkkür edib və naharda yediyi "piti"nin çox dadlı olduğunu bildirib.
sia.az