PDF Oxu

Siyasət

  • 21

Səməd Seyidov: Türkdilli dövlətlərin son illərdə yaxınlaşması həm strateji, həm mədəni, həm də başqa nöqteyi-nəzərlərdən vacib və əhəmiyyətlidir

Səməd Seyidov: Türkdilli dövlətlərin son illərdə yaxınlaşması həm strateji, həm mədəni, həm də başqa nöqteyi-nəzərlərdən vacib və əhəmiyyətlidir

"Türkdilli dövlətlərin son illərdə yaxınlaşması həm strateji, həm mədəni, həm də başqa nöqteyi-nəzərlərdən vacib və əhəmiyyətlidir. Belə bir zirvə toplantısının Qəbələ şəhəri ndə keçirilməsi bizim üçün ikiqat əhəmiyətlidir". Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin iclasında "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Seyidov bildirib ki, bu bəyannamə çox vacib və tarixi bir sənəddir. Onun sözlərinə görə, türkdilli dövlətlərin əməkdaşlıq şurasının 3-cü zirvə toplantısının Azərbaycanın Qəbələ şəhərində keçirilib. Azərbaycan yüksək səviyyədə zirvə toplantısının təşkil olunmasını bütün dünya qarşısında bir fakt kimi göstərib.

"Azərbaycanın bütün bölgələri inkişaf edir. Amma Qəbələ bu bölgələr içərisində xüsusi yer tutur. Ona görə belə bir zirvə toplantısının Azərbaycanın qədim diyarında keçirilməsinin özü rəmzi məna daşıyır. Bu toplantıda qəbul olunmuş sənədlər türkdilli dövlətlərin, xalqlarımızın bir birinə daha da yaxınlaşmasını əks etdirir. Hesab edirəm ki, belə bir sənədin Azərbaycanda imzalanması həm türkdilli dövlətlərin birbirinə yaxınlaşması, həm dünya miqyasında öz yerini sübut etməsi və möhkəmləndirməsi deməkdir"- deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər