Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fuad Muradov, Çingiz Əsədullayev və Rövşən Rzayev Latviyaya səfər edəcək. Deputatların Riqa səfəri oktyabrın 23-də başlayacaq. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi Baltik forumunda iştirak etməkdir.Deputatlarımız müzakirə olunan məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildirəcəklər.Səfər oktyabrın 26-da başa çatacaq.
sia.az