"Əli Əhmədovun baş nazirin müavini vəzifəsinə təyin edilməsi onun partiyadakı vəzifəsini yerinə yetirməsinə maneəçilik törətmir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, Əli Əhmədov həm baş nazirin müavini vəzifəsini, həm də Yeni Azərbaycan Partiyasının işlərini yerinə yetirə biləcək.Xatırladaq ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Baş nazirin müavini vəzifəsinə təyin olunub.YAP rəsmisi həmçinin bildirib ki, hakim partiyanın strukturunda da heç bir dəyişiklik olmayacaq: "Yeni Azərbaycan Partiyasının (YAP) strukturunda hansısa bir dəyişikliyə, kadr islahatına ehtiyac yoxdur. 2013-cü ilin iyunun 7-də YAP-ın V qurultayı keçirildi və həmin qurultayda qəbul edilən qərarların hər biri öz qüvvəsindədir".
sia.az