PDF Oxu

Siyasət

  • 28

Braziliya və Almaniya ABŞ xüsusi xidmət orqanlarının casusluq fəaliyyəti ilə bağlı qətnamə layihəsi hazırlayıblar

Braziliya və Almaniya ABŞ xüsusi xidmət orqanlarının casusluq fəaliyyəti ilə bağlı qətnamə layihəsi hazırlayıblar

Braziliya və Almaniya özəl həyata müdaxilənin yolverilməzliyi prinsipinin internetə də şamil olunması barədə BMT-də qətnamə layihəsi təşəbbüsü ilə çıxış ediblər.

Verilən xəbərə görə, qətnamə layihəsinin bu ilin sonuna qədər BMT İnsan Haqları Komitəsində səsverməyə çıxarılması gözlənilir.

Sənəddə ABŞ xüsusi xidmət orqanlarının başqa dövlətlərin vətəndaşları və rəhbərlərini dinlədiyinə dair üzə çıxan qalmaqaldan bəhs edilməsə də, layihə məhz bu problemlə bağlı hazırlanıb.

Avropa Birliyinin prezidenti Herman van Rompeyə istinadən verilən xəbərdə daha sonra qeyd edilir ki, Fransa və Almaniya qalmaqalla bağlı ABŞ-la ikitərəfli danışıqlar aparmaq niyyətindədir.

yap.org.az

Digər xəbərlər