"Azərbaycanın turizm potensialı olduqca yüksəkdir. Ölkəmizin həm təbii-coğrafi, həm də müasir dünyada tutduğu mövqe Azərbaycanı turistlər üçün maraqlı bir məkana çevirib". Bu fikirləri Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov deyib.
C.Cəfərov bildirib ki, dövlətimiz turizmin inkişafı istiqamətində vacib addımlar atmaqdadır. Onun sözlərinə görə, bu baxımdan, turizm sektorunun inkişaf etdirilməsi üçün mütəxəssislərin olması da vacib şərtlərdən biridir.
"Hazırda turizm mütəxəssislərinin yetişdirilməsinə ehtiyac, tələbat mövcuddur.
2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunması bu sahəyə diqqəti daha da artırdı. Qeyri-neft sektorunun vacib istiqaməti kimi turizmdən dövlət büdcəsinə xeyli vəsait daxil olur. Görülən işlər nəticəsində gələcəkdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək"- deyə C.Cəfərov bildirib.
yap.org.az