PDF Oxu

Siyasət

  • 20

Bakıda “StartUp günləri” keçiriləcəkdir

Bakıda “StartUp günləri” keçiriləcəkdir

Noyabrın 7-dən 9-dək Bakıda "StartUP Azərbaycan" layihəsi çərçivəsində "StartUp günləri" keçiriləcəkdir.

"StartUp günləri"ndə təlimlərin keçirilməsi, layihə rəhbərləri ilə görüşlərinin təşkili, yeni layihələrin hazırlanması və "StartUP Məktəbi"nin yaradılması nəzərdə tutulmuşdur.

"StartUp günləri" çərçivəsində keçirilməsi nəzərdə tutulan müzakirələrdə dövlət və özəl sektorun nümayəndələri, informasiya texnologiyaları mütəxəssisləri, startup rəhbərləri, texnoparkların təmsilçiləri iştirak edəcəklər.

Tədbir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və "Yüksək Texnologiyalar Parkı"nın dəstəyi ilə, "Bakcell" şirkətinin baş sponsorluğu ilə keçirlir.

"StartUp Azərbaycan" layihəsinin əsas məqsədi ölkədə informasiya-kommunikasiya texnologiyaları sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı internet və informasiya texnologiyaları layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

yap.org.az

Digər xəbərlər