Gürcüstanda keçirilən prezident seçkilərində seçici fəallığı 46 faiz təşkil edib. Bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi xanım Eka Azaraşvili yekun brifinqdə deyib.MSK-nın məlumatına görə, seçkilərdə 1 646 350 seçici iştirak edib.Komissiya ümumilikdə Gürcüstan ərazisində seçicilərin sayının 3 537 719 nəfər təşkil etdiyini bildirib."Exit-poll"un nəticəsinə əsasən, seçkilərdə 66,7 faiz səslə hakim "Gürcü arzusu" koalisiyasının namizədi Giorgi Marqvelaşvili qələbə qazanıb.
sia.az