PDF Oxu

Siyasət

  • 37

ADU-da Ümummilli lider Heydər Əliyevin büstünün açılışı olub

ADU-da Ümummilli lider Heydər Əliyevin büstünün açılışı olub

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, universitetin foyesində qoyulan və müasir ornamentdə hazırlanmış büstün açılış mərasimində Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Eldar İbrahimov, Hadi Rəcəbli, Rəbiyyət Aslanova, Məlahət Həsənova, Xanlar Fətiyev, Nəsimi rayon İcra Hakimiyyətini başçısı Nəsib Məhəməliyev, eləcə də ictimai təşkilat nümayəndələri iştirak ediblər. Bununla yanaşı ADU-nun tələbəsi olmuş 20 yanvar şəhidi Ülvi Bünyadzadənin də açıq muzeyinin açılışı olub. Tədbirdə şəhidin atası Yusif Bünyadzadə də iştirak edib.

sia.az

Digər xəbərlər