"Radikalların son - 27 oktyabr "aksiya"sı da gözlənildiyi kimi, uğursuzluqla nəticələndi". Bu fikri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, sözügedən "aksiya"nın biabırçı sonluqla bitməsi heç də havanın yağmurlu olmasında deyil, buna səbəb Azərbaycan vətəndaşlarının, seçicilərinin radikallara olan mənfi münasibətində, onlara dəstək verməməsindədir. Onun sözlərinə görə, 1993-cü ildən bu yana bu qüvvələr hələ də anlamırlar ki, Azərbaycan cəmiyyəti onlara birdəfəlik etimadsızlıq nümayiş etdirib.
"Radikallar bunu dərk etmək və anlamaq əvəzinə səhvi, günahı həmişə özündən kənarda axtarıb və bugünkü rəzil bir vəziyyətə gəlib çatıb. Onların bugünkü acınacaqlı vəziyyətə gəlib çatmasında da birbaşa günahkar onların özləri, həmin qüvvələrin ötən 20 il ərzində yanlış fəaliyyətləridir"- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.
yap.org.az