PDF Oxu

Siyasət

  • 22

Hüseynbala Mirələmov: Avroparlamentin qətnaməsi qeyri-obyektiv və tam əsassızdır

Hüseynbala Mirələmov: Avroparlamentin qətnaməsi qeyri-obyektiv və tam əsassızdır

"Azərbaycana qarşı əksər məqamlarda qərəzli mövqedə dayanan Avroparlamentin son - 23 oktyabr tarixli qətnaməsi də qeyri-obyektiv və tam əsassızdır". Bu fikri Milli Məclisin deputatı Hüseynbala Mirələmov deyib.

H.Mirələmov bildirib ki, belə bir qətnamə qəbul etməklə, bu qurum Azərbaycana qarşı olan növbəti qərəzli mövqeyini və yanaşmasını ortaya qoyub. Onun sözlərinə görə, Avroparlament də daxil olmaqla, heç bir beynəlxalq qurum Azərbaycanın daxili işlərinə qarışa, Azərbaycan vətəndaşlarının, seçicilərinin rəyinə, seçiminə müdaxilə edə bilməz.

"9 oktyabr prezident seçkiləri beynəlxalq və yerli müşahidəçilərin iştirakı, müşahidəçiliyi ilə tam demokratik, ədalətli, şəffaf şəkildə keçirilib və Azərbaycan xalqının iradəsini özündə əks etdirib. Bu baxımdan, Avroparlamentin, ATƏT DTİHB-in seçkilərin yekunlarına kölgə salmaq cəhdləri qəbul olunan deyil"- deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər