Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının "BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi" mövzusunda keçiriləcək yüksək səviyyəli iclasında iştirak və tədbirə sədrlik etmək üçün oktyabrın 28-də Nyu-Yorka yola düşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclas Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində keçiriləcəkdir. Elmar Məmmədyarov iclasda çıxış edəcəkdir. Həmçinin iclasın yekunu olaraq BMT TŞ-da Azərbaycanın quruma sədrliyinin bəyanatının qəbulu nəzərdə tutulmuşdur.
Təhlükəsizlik Şurası çərçivəsində BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi üzrə ilk belə təşəbbüsün müəllifi olan Azərbaycan qurumda sədrliyi dövründə bu mövzunun daha da inkişaf etdirilməsini və iki təşkilat arasında əməkdaşlığın müxtəlif formalarının müəyyən edilməsini prioritet məqsədlərdən biri kimi qarşıya qoymuşdur.
Xatırladaq ki, rotasiya qaydasına uyğun olaraq bu il oktyabrın 1-dən BMT TŞ-da sədrlik Azərbaycana keçmişdir.
yap.org.az
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...