PDF Oxu

Siyasət

  • 28

Siyavuş Novruzov "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna yenidən baxılmasını təklif edib

Siyavuş Novruzov "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna yenidən baxılmasını təklif edib

Milli Məclisin bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tətbiqinə yenidən baxılması təklif olunub. SİA-nın məlumatına görə, iclasda çıxış edən millət vəkili Siyavuş Novruzov bildirib ki, son vaxtlar bu qanunun tələbləri ciddi şəkildə pozulur.Onun sözlərinə görə, bir vaxtlar müxalifət mitinq keçirmək üçün yerin olmamasından şikayət edib: "Artıq mitinq keçirmək üçün şəhərin mərkəzinə yaxın yer ayrılıb və hər kəs istədiyi vaxt aksiya keçirə bilir. Lakin görünən odur ki, onların məqsədi mitinq keçirmək yox, çaxnaşma, qarşıdurma yaratmaqdır. Çünki onlar hər toplaşdıqlarında sərbəst toplaşmaqla bağlı bütün qaydaları ciddi şəkildə pozur, şəxsiyyət təhqir olunur, çıxışları isə şər və böhtan xarakterli olur. Bu da onların hərəkətlərinin, məqsədlərinin qarşıdurmaya aparmasından xəbər verir. Ona görə də biz bunun qarşısını almaq üçün "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə yenidən baxmalıyıq. Hər kəs azad şəkildə toplaşa bilər, lakin onların bu istəyi qanunun tələblərinə hörmət etmək şərti ilə baş tuta bilər".

sia.az

Digər xəbərlər