"European Voice" portalında Azərbaycanda keçirilən prezident seçkilərində Avropa Parlamenti üzvlərinin səfəri və müşahidəsi ilə bağlı verilən məqaləni Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Kristina Oyuland məqsədi anlaşılmayan münasibət adlandırıb. Həmçinin K.Oyuland yazıda söylənilən tənqidi fikirlərin həqiqətdən uzaq olduğunu bildirib. O deyib ki, müxtəlif ölkələrdən və beynəlxalq qurumlardan çoxsaylı müşahidəçilər seçkilərin şəffaf və qanun çərçivəsində keçirildiyini söyləyiblər. K.Oyuland deyir ki, reallıq belədir və bunun bəziləri tərəfindən inkar edilməsində məqsəd nədir?"Bu mövqe kimin maraqlarını güdür və bunun haqqını kim ödəyir" sualı ilə müraciət edən K.Oyuland vurğulayır ki, parlamentin rəsmi nümayəndələri də seçkilərin düzgün və qanun çərçivəsində keçirildiyini qeyd ediblər."Müşahidəçilərin gəldikləri nəticələrə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində mütləq bir daha baxılacaq. Hətta Avropa Parlamentinin rəsmi müşahidəçilər missiyasının rəhbəri Pino Arlakkinın (İtaliya) qərarı da şübhə altına salınıb.K.Oyulandın fikrincə "European Voice"in jurnalisti düzgün hərəkət etməyib. "Görünür jurnalist bizim fikirlərimizi heç nəzərə də almayıb və belə çıxır ki, o, özü satın alınıb. Mənim haqqımda açıq-aydın yalanlar yazılmışdır və mən bunu araşdıracağam", - deyə Kristina Oyuland bildirib.O qeyd edib ki, Azərbaycana getmək haqqında qərarı özü verib: "Artıq 5 ildir ki, mən bu dövlətin inkişafı ilə çox maraqlanıram və bundan əvvəl də oraya səfərlər etmişəm. Azərbaycan Qərbə inteqrasiya yolu tutmuşdur. Avropa belə dövlətlərin inkişafını izləməlidir, çünki məhz burada bir çox ölkələrin maraqları kəsişir".
sia.az