PDF Oxu

Siyasət

  • 42

Səməd Seyidov: “Azərbaycanı dünya inteqrasiyasından kənar qoymaq istəyənlər heç nəyə nail olmayacaqlar”

Səməd Seyidov: “Azərbaycanı dünya inteqrasiyasından kənar qoymaq istəyənlər heç nəyə nail olmayacaqlar”

"III Bakı Beynəlxalq Humanitar Forumu birbaşa Azərbaycan Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilir. Bunu SİA-ya millət vəkili, professor Səməd Seyidov 2013-cü ilin 31 oktyabr – 1 noyabr tarixlərində ölkəmizdə keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyət haqqında danışarkən deyib.Deputatın sözlərinə görə, Forumda iştirak etmək üçün oktyabrın 30-dan etibarən xarici qonaqlar Bakıya gələcək: "Noyabrın 1-dən isə Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşları da həmin Forumun keçiriləcəyi məkanda olacaqlar və burada aktiv iştirak edəcəklər. "Postmodernizm" məsələləri ilə bağlı tək bizim seksiyaya 100-dən çox qonaq gələcək. Ümumilikdə isə Azərbaycanda 800-dən çox xarici qonaq olacaq. Təbii ki, bu da sübut edir ki, artıq ölkəmiz dünya siyasətinin mərkəzindədir. Foruma gələnlərin siyahılarına nəzər yetirsək görərik ki, burada Nobel laureatı mükafatçıları, baş nazirlər, prezidentlər, siyasətçilər, diplomatlar və s. iştirak edəcək. Bu çox böyük mühüm bir hadisədir. Bu onu sübut edir ki, Azərbaycanı hanısa formada dünya inteqrasiyasından kənar qoymaq, ləngitmək istəyən qüvvələr heç nəyə nail ola bilməyəcəklər".Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forum – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir. 2010-cu ilin Forumunun təşəbbüsçüləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun həmkarı, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev idi. Forumun məqsədi dəyirmi masalar vasitəsilə dialoqun qurulmasıdır. Bu şüuru həyəcanlandıran, çox aktual mövzular arenasında sadə insandan dövlət liderinədək hamı eyniliklə eşidə və eşidilə bilər.

sia.az

Digər xəbərlər