PDF Oxu

Siyasət

  • 33

Oqtay Əsədov: "Azərbaycanın bu quruma ehtiyacı yoxdur"

Oqtay Əsədov: "Azərbaycanın bu quruma ehtiyacı yoxdur"

"ATƏT DTİHB bir təzyiq mexanizmidir və əksər ölkələr bu qurumu müşahidəçi kimi ölkəsinə çağırmır. Azərbaycan da gələcəkdə bu qurumun seçkilərə dəvət edilib-edilməməməsinə baxacaq. Çünki bizim bu quruma ehtiyacımız yoxdur. Artıq prezident seçkiləri arxada qalıb və xalq öz sözünü deyib, mövqeyini də bildirib. Bu, Azərbaycan xalqının təntənəsi oldu". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.Spiker onu da bildirib ki, Avropa Parlamenti Azərbaycana nümayəndə heyəti göndərmək istəmirdi: "Lakin sonradan nümayəndə heyəti göndərmək qərarına gəldilər və həmin deputatlar da öz qəti mövqelərini bildirdilər. Amma Avropa Parlamenti öz deputatlarının rəyini kənara qoyaraq kənar qüvvələrin rəyini bəyan etdi. Onların məqsədi Azərbaycanı təsir altında saxlamaqdır və bu yolda öz rıçaqlarından istifadə etmək istəyirlər".O.Əsədov deyib ki, bu seçkidə ilk dəfə beynəlxalq müşahidəçilər fərqli rəy veriblər.AVRONEST PA barədə danışan spiker qeyd edib ki, Azərbaycan bu təşkilata qoşularkən həmin təşkilatı Şərq ölkələri ilə Avropa ölkələrini əlaqələndirici bir qurum kimi görüb və AVRONEST-in ilk xarici ölkədə keçirilən iclası da məhz Azərbaycanda keçirilib: "Lakin təəssüf ki, AVRONEST qarşısına qoyulan məqsədləri yerinə yetirmədi".

sia.az

Digər xəbərlər