PDF Oxu

Siyasət

  • 48

"Qanun layihəsi ölkə rəhbərinin kimsəsiz uşaqlara qayğısının ifadəsidir"

"Qanun layihəsi ölkə rəhbərinin kimsəsiz uşaqlara qayğısının ifadəsidir"

"Bu qanun layihəsi cənab Prezidentin aztəminatlı ailələrə, o cümlədən valideyn himayəsindən məhrum olunmuş uşaqlara qayğısının bir ifadəsidir". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların təhsil aldıqları müddətdə təhsil haqqından azad edilmələri ilə bağlı qəbul edilən qanuna münasibət bildirərkən deyib.Onun sözlərinə görə, cari ilin yaz sessiyasında sözügedən qanun layihəsi ölkə rəhbərinin imzası ilə müzakirə olunması üçün Milli Məclisə göndərilib: "Layihədə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət və özəl təhsil müəssisələrində təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi barədə müddəa vardı. Qanun Milli məclisdə müzakirə olunaraq qəbul olunub və ötən gün Nazirlər Kabinetinin qəbul etdiyi qərar qanunun icrasına yönəldilib. Bu qanun sayəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlət, özəl ali təhsil müəssisələrində, peşə məktəblərində, kolleclərdə, liseylərdə təhsil alarkən bütün təhsil haqlarından azad olunacaqlar".Millət vəkili valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların mənzil və iş problemlərinin dövlət orqanlarının nəzarətində olduğunu da qeyd edib: "Valideyn himayəsindən məhrum olan uşaqlar dövlət müəssisələrində 18 yaşlarını tamamladıqdan sonra müvafiq icra hakimiyyəti orqanları tərəfindən yataqxana və ya mənzillə təmin olunurlar. Onların işlə təmin olunması məsələsi isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dövlət Neft Şirkəti tərəfindən öz həllini tapır. Belə ki, Neft Şirkəti bu kateqoriya insanları iş yerləri ilə təmin edir, onların neft sahəsində peşə təhsillərinin artırılması üçün şərait yaradır".

sia.az

Digər xəbərlər