PDF Oxu

Siyasət

  • 46

Partiya sədri: “Partiyaların dövlət büdcəsindən maliyyələşməsi daha düzgündür”

Partiya sədri: “Partiyaların dövlət büdcəsindən maliyyələşməsi daha düzgündür”

"Partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsini müsbət qarşılayıram. Çünki partiyalar ölkənin siyasi mənzərəsinin ümumi tərkibini təşkil edirlər". Bu sözləri SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli Dövlət büdcəsindən çoxpartiyalı sistemin inkişafına vəsaitin ayrılmasına münasibət bildirərkən deyib. O bildirib ki, ölkə Konstitusiyasında çoxpartiyalılıq təsbit olunub ki, onların da mövcud olmaları və fəaliyyət göstərmələri üçün müəyyən maliyyə vəsaiti lazımdır.Onun sözlərinə görə, maliyyə yardımın dövlət büdcəsindən ayrılması daha düzgündür, ona görə ki, belə olan halda partiyaların gözü kimlərinsə əlində qalmır və ya onların xarici qüvvələrin təsiri altına düşməsinə şərait yaranmır: "Bu nöqteyi-nəzərdən atılan addımı alqışlayıram. Bilirik ki, qərar ölkə başçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub. Bu onu göstərdi ki, ölkə başçısı Azərbaycanın hüquqi dövlətə çevrilməsi üçün bu istiqamətdə ardıcıl islahatların aparılmasının təşəbbüskarı və birbaşa işin icraçısıdır".M. Səfərli həmçinin vurğulayıb ki, partiyaların maliyyələşməsi məsələsi ölkəmizin nüfuzunun artmasına xidmət edəcək: "Bu istiqamətdə hələ ki, ilk addımlar atılır. Maliyyələşmə məsələsi hələ ki, yalnız Parlamentdə təmsil olunan partiyalara aiddir. Lakin Parlamentdən kənarda bir sıra partiyalar var ki, onlar da bu işdə geridə qalmamalı, dövlət büdcəsindən maliyyələşməlidirlər".

sia.az

Digər xəbərlər