PDF Oxu

Siyasət

  • 19

Rövşən Rzayev: Gələn ilin yaz aylarına Latviya parlamentinin sədrinin Azərbaycana səfəri gözlənilir

Rövşən Rzayev: Gələn ilin yaz aylarına Latviya parlamentinin sədrinin Azərbaycana səfəri gözlənilir

"Baltik Forumunda təhlükəsizlik, həm enerji təhlükəsizliyi, həm də ümumi regional təhlükəsizlik məsələləri müzakirə edilib. Forum zamanı Latviya parlamentinə müraciətimiz əsasında Latviya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə iş qrupu çərçivəsində görüşlər də olub". Bu fikirləri Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, görüşlər zamanı Azərbaycandakı prezident seçkiləri, ölkəmizin inkişafı, Dağlıq Qarabağ münaqişəsi, ikitərfli münasibətlər və s. məsələlərə dair fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, gələn ilin yaz aylarına Latviya parlamentinin sədrinin Azərbaycana səfəri gözlənilir.

"Təklif olundu ki, həmin səfər zamanı Azərbaycan-Latviya iqtisadi forumu keçirilsin və qarşı tərəf də bunu dəstəklədi. Təbii ki, hər iki tərəfdən bununla bağlı iş aparılacaq"- deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər