Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı yaranmasının 20 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verdi.
Tədbirlər planı çərçivəsində rayon təşkilatının 140-a yaxın ərazi ilk partiya təşkilatlarında toplantılar keçiriləcək, rayon təşkilatının fəaliyyətində xüsusi əməyi olan partiya üzvləri mükafatlandırılacaq və 200-dək yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim ediləcək.
Bununla yanaşı, yubiley münasibətilə müxtəlif ədəbi-bədii və idman tədbirləri də təşkil ediləcək.
Qeyd edək ki, 1993-ci ildə yaradılmış rayon təşkilatı böyük inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Bu gün YAP Nizami rayon təşkilatı sıralarında 10 314 nəfəri birləşdirir.
yap.org.az