PDF Oxu

Siyasət

  • 34

Bakı III Humanitar Forumu ölkəmiz üçün siyasi dividentlər gətirəcək

Bakı III Humanitar Forumu ölkəmiz üçün siyasi dividentlər gətirəcək

"2013-cü ilin 31 oktyabr – 1 noyabr tarixlərində ölkəmizdə keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumunun paytaxtımızda keçirilməsi təqdirə layiq haldır. Bundan əvvəl keçirilən iki forumda rəsmi şəxslər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakını nəzərə alsaq, belə bir forumun Azərbaycanda keçirilməsi olduqca vacibdir". Bu fikirləri SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışarkən deyib.Onun sözlərinə görə, bu forumun keçirilməsi, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, ölkəmizin inkişaf dinamizmi, demokratikləşmə və digər sahələrdə əldə etdiyi irəliləyişləri dünya ictimaiyyətinin diqqət mərkəzinə çatdırmaq baxımından da əhəmiyyətlidir: "2012-ci ildə keçirilən Bakı Humanitar Forumunda 70 ölkədən, 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 700 nəfər iştirak etmişdi. Xüsusilə qeyd etmək lazımdır ki, onlardan 10 nəfər sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5 nəfəri dünyanın fəxri professorları, 10-u beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxslər, 55 nəfər isə görkəmli ictimai-siyasi xadim idi. Belə bir qrupun Azərbaycana gəlməsi və forumda iştirakı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir".H.Cabbarlı əlavə edib ki, III Bakı Humanitar Forumunda müxtəlif aspektli məsələlər müzakirəyə çıxarılacaq ki, bu da forumun əhəmiyyətini daha da artırır: "İqtisadiyyat, siyasət, texnologiya, postmodern dövrdə milli özünüdərk kimi məsələlərin Azərbaycanda müzakirə olunaraq, həlli yollarının axtarılması, ölkə ictimaiyyətinin də bu məsələlərin müzakirəsində iştirak etməsi olduqca əhəmiyyətlidir".H.Cabbarlı vurğulayıb ki, Azərbaycan yüksələn xətlə inkişaf edir və bu inkişafı dünyanın müxtəlif regionlarından gələn insanların görməsi dövlətimiz üçün siyasi dividentlər gətirir.

yap.org.az

Digər xəbərlər