Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı yaranmasının 20 illik yubileyi münasibətilə silsilə tədbirlərə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirlər planı çərçivəsində rayon təşkilatının 140-a yaxın ərazi ilk təşkilatlarında toplantılar keçiriləcək, rayon təşkilatının fəaliyyətində xüsusi əməyi olan partiya üzvləri mükafatlandırılacaq və YAP sıralarına yeni qəbul olunmuş 200-dək partiya üzvünə vəsiqələr təqdim ediləcəkdir.
Bununla yanaşı, yubiley münasibətilə müxtəlif ədəbi-bədii və idman tədbirləri də təşkil ediləcəkdir.
1993-ci ildə yaradılmış rayon təşkilatı böyük inkişaf yolu keçmiş, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu gün YAP Nizami rayon təşkilatı öz sıralarında 10 min 314 nəfəri birləşdirir.
AzərTAc