PDF Oxu

Siyasət

  • 35

Musa Quliyev: Bu qərar ölkə Prezidentinin aztəminatlı ailələrə, o cümlədən valideyn himayəsindən məhrum olunmuş uşaqlara qayğısının bir ifadəsidir

Musa Quliyev: Bu qərar ölkə Prezidentinin aztəminatlı ailələrə, o cümlədən valideyn himayəsindən məhrum olunmuş uşaqlara qayğısının bir ifadəsidir

"Valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil aldıqları müddətdə təhsil haqqından azad edilməsi ölkə Prezidentinin aztəminatlı ailələrə, o cümlədən valideyn himayəsindən məhrum olunmuş uşaqlara qayğısının bir ifadəsidir". Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bununla əlaqədar qanun layihəsini Milli Məclisə dövlət başçı təqdim edib. Onun sözlərinə görə, sənəddə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət və özəl təhsil müəssisələrində təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi barədə müddəa var.

"Qanun Milli Məclisdə müzakirə olunaraq qəbul olunub və bir neçə gün öncə Nazirlər Kabinetinin qəbul etdiyi qərar qanunun icrasına yönəldilib. Bu qanun sayəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlət, özəl ali təhsil müəssisələrində, peşə məktəblərində, kolleclərdə, liseylərdə təhsil alarkən bütün təhsil haqlarından azad olunacaqlar". Eyni zamanda, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların mənzil və iş problemləri də dövlət orqanlarının nəzarətindədir"- deyə, komitə sədrinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər