PDF Oxu

Siyasət

  • 50

Təsir altına düşən gənclər maarifləndirilir

Təsir altına düşən gənclər maarifləndirilir

Rəşad Rəhmanov: "Aldanmasınlar və aldatmasınlar"

Məlumdur ki, bəzi gənclər var ki, dağıdıcı müxalifətin təsiri altına düşərək, sosial şəbəkələrdə dövlətə, dövlətçiliyə qarşı təxribatçı fikirlər söyləyir, yalan, böhtan informasiyalar yaymaqla məşğul olurlar. Bu isə, təbii ki, onların səhv yolda olmalarından xəbər verir. Belə gənclərin doğru istiqamətə yönləndirilməsi və tutduqları bu səhv yoldan çəkinməsi üçün maarifləndirici işlərin görülməsi istiqamətində aparılan işlərə müsahiblərimiz belə münasibət bildirdilər.

Riyad Məmmədov,

YAP Səbail rayon gənclər birliyi idarə heyətinin üzvü:

- Biz öz təşkilatımız çərçivəsində dəfələrlə bu cür gənclər ilə söhbətlər aparmış, KİV və sosial media üzərindən onlara ismarıclar yollamışıq. Bildirmişik ki, siz müstəqil Azərbaycanın gənc vətəndaşlarısınız. Dövlətimizin bu həssas dönəmində hər bir Azərbaycan gənci ayıq olmalıdır ki, dövlətçiliyimizə və müstəqilliyimizə təhdid yaradan qüvvələrin əlində oyuncağa çevrilməsinlər. Gənclərin belə səhv yolda olmaları təbii ki, arzuolunmazdır. Biz hər zaman çalışmışıq və bundan sonra da çalışacağıq ki, belə gənclərə qarşı maarifləndirmə işlərini davam etdirək və onları səhv yoldan dönməyə, həmçinin millətə, vətənə xidmət etməyə səsləyək.

Rəşad Rəhmanov,

YAP Siyəzən rayon gənclər birliyinin sədri:

- Fikrimcə, ilk öncə maarifləndirmə işi aparılıb onların səhv yolda olmalarını izah etmək lazımdır. Bu istiqamətdə ciddi işlər görülür, onlara tövsiyə olunur ki, belə səhv yollarda olmasınlar, bəzi mənfur xislətli insanların yalan vədlərinə, pis işlərinə uymasınlar. Çünki onların tutduqları mövqe kökündən səhvdir. Əgər həmin gənclər başa düşsələr ki, onların ''lider'' dedikləri şəxslər oyuncaqdır, onda onların arxalarınca getməzlər. Biz gənclərimizə, hər zaman olduğu kimi, bu gün də tövsiyə edirik ki, səhv yoldan çəkinsinlər. Aldanmasınlar və aldatmasınlar.

Sərxan Əliyev,

YAP Xətai rayon gənclər birliyinin sədri:

- Bu qisim gəncləri iki hissəyə bölmək lazımdır. Birinci xarici təxribatçı qüvvələrin təlimatı üzrə hərəkət edən dönüklər. İkinci isə bunların populist sözlərinə inanıb, onların təsirinə düşənlər. İkinci qisimə aid olanlaları sağaldıb cəmiyyətə qaytarmaq üçün onları düzgün yola dəvət edirik. Hakimiyyətin hədəf və məqsədləri, fəaliyyəti ətraflı izah olunur. Fəaliyyətimiz əsasən sosial şəbəkələr vasitəsilə qurulur. Bu cür maarifləndirici işləri, təbii ki, davam etdirəcəyik.

Telman İmanov,

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının YAP gənclər birliyinin sədr müavini:

- Təbii ki, belə gənclər var və biz bu gənclərin maariflənməsi üçün işlər görürük. Onlara tövsiyyələrimizi veririk. Çünki bu gənclərin ömürləri boyu səhv yolda olmalarına göz yummaq olmaz. Onlar mütləq doğru yola qayıtmalı və öz mövqelərində dəyişiklik etməlidirlər. Onlar anlamalıdılar ki, təxribatçı fikirlər, yalan və böhtan yaymaqla heç nəyə nail ola bilməyəcəklər. Onlar anlamalıdırlar ki, dağıdıcı müxalifətə qoşulmaqla uğur əldə edə bilməzlər. Bu yoldan tez bir zamanda və qəti şəkildə dönməlidirlər.

Cahid Süleymanov

Digər xəbərlər