Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında "Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik illik siyasi məktəbi"ni başa vuran müdavimlər üçün məzun günü keçirilib. SİA-nın məlumatına görə, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov mərasimdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin elmi-siyasi irsindən söbət açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına və gənclərin intellektual səviyyəsinin yüksəlməsinə böyük qayğı ilə yanaşıb: "Məhz Fenomen Şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində minlərlə azərbaycanlı gənc Sovet İttifaqının qabaqcıl ali təhsil ocaqlarına göndərilib və mükəmməl kadr kimi yetişərək ölkəyə qayıdıb".
Zahid Qaralov məzunlarla söhbətində bildirib ki, gənclər cəmiyyətimizin hərəkətverici qüvvəsidir və YAP hər zaman onların həyatda doğru mövqedə olmaları üçün çalışır.
Daha sonra 50 məzuna diplomlar təqdim olunub. Eyni zamanda növbəti il üçün 50 nəfər müdavim Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənməyə başlayıb.
Z.Qaralov gənclərə xitabən deyib ki, onlar artıq Ulu Öndər Heydər Əliyev ideyalarının cəmiyyətdə təbliğatçısıdırlar və vu məsul vəzifədə hər məzuna uğurlar arzulayıb.
sia.az