"Bu gün məyusedici məsələ Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğal edilməsidir. Dağlıq Qarabağda Azərbaycana məxsus milli mədəniyyət abidələri dağıdılıb. Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir". SİA-nın məlumatına görə, bu fikirləri III Bakı Beynəlxalq Humanitar Forumunda İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri çıxışı zamanı bildirib.
İSESCO baş direktoru, həmçinin qeyd edib ki, Fələstin məsələsi də həll olunmamış qalır: "Təhlükəsizlik Şurası öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini göstərir. Münaqişələr və toqquşmalar dünyanın müxtəlif yerlərində, xüsusilə müsəlman ölkələrində gedir. Bu, insan inkişafını və beynəlxalq təhlükəsizliyi hədələyən bir məsələdir".
sia.az