Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun büro iclasında iştirak etmək üçün noyabrın 1-dən 3-dək Ukraynada səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, paytaxt Kiyev şəhərində keçiriləcək toplantının gündəliyinə Azərbaycanda və Gürcüstanda prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələr, 2013-cü ilin mayında Brüsseldə keçirilən büro iclasında qəbul edilən qərarların və qurumun 2014-cü il fəaliyyət planının təsdiq edilməsi, üzv ölkələrə yeni həmməruzəçilərin təyini və digər məsələlər daxildir.
E.Süleymanov müzakirə edilən məsələlərə öz münasibətini bildirəcəkdir.
AzərTAc