PDF Oxu

Siyasət

  • 34

Məlahət İbrahimqızı: Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur

Məlahət İbrahimqızı: Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur

"Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin, dostlarımzın sayı artır. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, prezident seçkilərində cənab Prezident İlham Əliyevin inamlı qələbəsi Azərbaycan xalqının ötən 10 ildə görülmüş işlərə və qazanılmış nailiyyətlərə verdiyi qiymət və dəstəkdir.

"Qarşıdakı 5 ildə də həm daxili, həm də xarici siyasətdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş kurs davam etdiriləcək. O cümlədən, xarici siyasətdə də balanslı kurs davam etdiriləcək. Eyni zamanda, qonşu dövlətlərlə çoxtərəfli və ikitərəfli əməkdaşlıq daha da genişləndiriləcək, Azərbaycanın aparıcı dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri inkişaf etdiriləcək, beynəlxalq siyasi və iqtisadi qurumlarla əməkdaşlıq daha da gücləndiriləcək. Təbii ki, bütün bunlar respublikamızın beynəlxalq dayaqlarının möhkəmləndirilməsinə və ölkəmizin qarşısına çıxan problemlərin həllinə xidmət edir"- deyə, M.İbrahimqızı vurğulayıb.

yap.org.az

Digər xəbərlər