PDF Oxu

Siyasət

  • 56

Bakıda Beynəlxalq Səhiyyə, Stomatologiya və Gözəllik və Estetik Tibb sərgiləri başlayıb

Bakıda Beynəlxalq Səhiyyə, Stomatologiya və Gözəllik və Estetik Tibb sərgiləri başlayıb

Bu gün Bakıda 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə, 8-ci Azərbaycan Beynəlxalq Stomatologiya və 7-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgiləri başlayıb.

Sərginin açılışında çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, artıq payız fəslində Azərbaycanda səhiyyə sərgisinin keçirilməsi bir ənənəyə çevrilib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi hər il dəstək verdiyi bu sərgiyə maraq artır və arealı genişlənir: "Bu il də sərgidə 17 ölkədən 116 şirkət iştirak edir. Səhiyyə sərgisi tibb sahəsində olan nümayəndələr arasında əməkdaşlığın qurulması, təşkilatlar arasında qarşılıqlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir. Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrilib. Ölkənin bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də uğurlu inkişafa nail olunub. Son 6 ildə Azərbaycanda 500-dən artıq tibb müəssisəsi yenidən tikilib, əsaslı təmir edilib və ya müasir avadanlıqlarla təmin edilib".

yap.org.az

Digər xəbərlər