PDF Oxu

Siyasət

  • 37

Bişkekdə Türkdilli Dövlətlərin və İcmaların III Media Forumu keçiriləcəkdir

Bişkekdə Türkdilli Dövlətlərin və İcmaların III Media Forumu keçiriləcəkdir

Noyabrın 8-9-da Bişkekdə Türkdilli Dövlətlərin və İcmaların (TDİ) III Media Forumu keçiriləcəkdir.

Forumda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcəkdir.

Tədbirdə "Ənənəvi kütləvi informasiya vasitələrinin yenidən qurulması prosesi və yeni media", "Türk dünyasının gələcək kütləvi mass-mediası: yeni media vasitələri və sosial medianın səmərələri", "Yeni media kontekstində KİV-də etika qaydaları", həmçinin türkdilli dövlətlərin və icmaların media platforması, quruma üzvlük, TDİ-nin komitələrinin yaradılması, növbəti forumun keçiriləcəyi ölkənin müəyyənləşdirilməsi, veb-saytın təqdimatı və digər məsələlər müzakirə ediləcəkdir.

yap.org.az

Digər xəbərlər