"Azərbaycanın sosial-iqtisadi inkişafı prosesində artıq yeni mərhələ başlayır. Bu yeni mərhələ Azərbaycanda sosial dövlətin quruculuğu mərhələsidir". Bu fikirləri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, sosial dövlət dünyanın inkişaf etmiş dövlətlərindəki həyat şəraitini təmin edəcək bir dövlətdir. Onun sözlərinə görə, bu yöndə də artıq cənab Prezidentin real addımları özünü göstərməkdədir.
"Bildiyiniz kimi sentyabr ayında büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırıldı. Eləcə də, 2014-cü ilin dövlət büdcəsində də artımlar nəzərdə tutulur. Belə ki, büdcənin 30 faizə qədəri sosial xərclərə sərf olunacaq. Eyni zamanda, yaxın gələcəkdə Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram qəbul olunacaq və gələn ildən həyata keçirilməyə başlanacaq. Bu, Azərbaycan vətəndaşlarının rifahının bütün bölgələrdə yaxşılaşmasına gətirib çıxaracaq"- deyə, komitə sədrinin müavini vurğulayıb.
yap.org.az