PDF Oxu

Siyasət

  • 29

Mətbuat Şurasında “Beynəlxalq münasibətlər mövzusu media müstəvisində” adlı “dəyirmi masa” keçirilmişdir

Mətbuat Şurasında “Beynəlxalq münasibətlər mövzusu media müstəvisində” adlı “dəyirmi masa” keçirilmişdir

Oktyabrın 31-də Azərbaycan Mətbuat Şurasında (MŞ) "Beynəlxalq münasibətlər mövzusu media müstəvisində" adlı "dəyirmi masa" keçirilmişdir.

Tədbir MŞ-nin beynəlxalq münasibətlər komissiyasının təşəbbüsü ilə reallaşan "Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində təşkil olunmuşdur.

"Dəyirmi masa"da sözügedən layihə çərçivəsində nəzərdə tutulacaq işlər barədə məlumat verilmiş, eyni zamanda, kütləvi informasiya vasitələrinin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətindəki fəaliyyətinə, ümumən ölkə jurnalistlərinin qlobal beynəlxalq proseslərə yanaşma tərzinə, mövcud baxımdan nəzərə çarpan peşəkarlıq xüsusiyyətlərinə diqqət yetirilmişdir.

yap.org.az

Digər xəbərlər