PDF Oxu

Siyasət

  • 49

"Forum beynəlxalq humanitar gündəliyin razılaşdırılmasında platformaya çevrilir"

"Forum beynəlxalq humanitar gündəliyin razılaşdırılmasında platformaya çevrilir"

"III Bakı Beynəlxalq Humanitar Forumu mövcud məsələlərin öyrənilməsi və qlobal humanitar gündəlik çərçivəsində fəaliyyətlərin səfərbər edilməsi üçün yaxşı məkana çevrilib". SİA-nın məlumatına görə, bu barədə YUNESKO-nun Baş direktoru İrina Bokovanın Forum iştirakçılarına ünvanladığı videomüraciətdə deyilir.İ.Bokova deyib ki, üçüncü forumun mövzuları olan davamlı inkişaf, elm və texnologiyalar, təhsil və multikulturalizm YUNESKO-nun işinin özəyini təşkil edir: "Bu mövzülar davamlı sülhün və sabit inkişafın təməllərinin möhkəmləndirilməsinə istiqamətlənib. Bu, kompleks məsələlərdir, lakin onlar birlikdə bəşəriyyətin inkişafı üçün vahid qlobal gündəyin bir hissəsidir. Biliklərin mübadiləsi elmi innovasiyalara gedən yoldur ki, bu da cəmiyyətin üzləşdiyi problemlərin həllinin tapılmasına gətirib çıxarır. YUNESKO üçün bu, insan haqlarını və hamı üçün ləyaqət hissini inkişaf etdirməyə hesablanmış vahid humanitar gündəliyin ölçülməsində bərabər addımlardır".Xanım Bokova Forumun keçirilməsi təşəbbüsünə görə Azərbaycan hökumətinə təşəkkür edib.

sia.az

Digər xəbərlər