PDF Oxu

Siyasət

  • 33

Mixail Qusman: "Biryulevo hadisələrinin bütün günahkarları üzə çıxarılacaq"

Mixail Qusman: "Biryulevo hadisələrinin bütün günahkarları üzə çıxarılacaq"

"Radikal və anti-Azərbaycan əhval-ruhiyyəli qüvvələrin sayəsində məişət səviyyəli cinayətdən ksenofobiya niyyəti ilə istifadə olundu". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman deyib.Onun sözlərinə görə, hadisələr anti-Azərbaycan xarakteri daşımayıb: "Mən bu hadisələr zamanı Moskvada idim. Mənə belə gəldi ki, bu hadisələr sırf anti-Azərbaycan mahiyyəti daşımırdı, sadəcə olaraq, millətçi və radikal şüarlar səsləndirilirdi".M. Qusman əlavə edib ki, hüquq-mühafizə orqanları Biryulevo olaylarının bütün günahkarlarını üzə çıxaracaq: "Düşünmürəm ki, bu hadisələr Rusiya-Azərbaycan münasibətlərinə təsir edə bilər".

sia.az

Digər xəbərlər