PDF Oxu

Siyasət

  • 37

Rusiyalı politoloq: "Biryulevo etirazları qarət məqsədi daşımayıb"

Rusiyalı politoloq: "Biryulevo etirazları qarət məqsədi daşımayıb"

"Rusiya paytaxtının Biryulevo rayonunda baş verən etiraz zamanı iştirkçılar qarət məqsədi güdməyiblər". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rusiyalı politoloq Maksim Şevçenko deyib.Onun sözlərinə görə, Moskva sakinlərinin ictimai etirazları anti-Azərbaycan xarakteri daşımayıb: "Bu etirazlar "Ruslar" adlı millətçi hərəkat tərəfindən təşkil olunub. Onların rəhbərini də tanıyıram. Baxışlarını bölüşməsəm də, bilirəm ki, qarətlər onların marağında olan deyil. Onların məqsədi fəaliyyətlərini siyasi səhnədə leqallaşdırmaqdır".

M.Şevçenko vurğulayıb ki, Biryulevodakı meyvə-tərəvəz bazasına hücum sifarişli olub: "Biz artıq bilirik ki, bu sifariş Azərbaycan mənşəli şəxslərdən gəlib. Onlar bazanın sahibi olan şəxslərə qarşı hüquq-mühafizə orqanları vasitəsilə basqın ediblər. Onların adlarını çəkə bilmərəm".

"Yeqor Şerbakovun qətli bazadan 3 km aralı məsafədə baş verib. Amma nəyə görəsə kütlə məhz bu bazaya hücum edib. Kütləni qızışdıran şəxslərin adları da məlumdur. Onların hüquq-mühafizə orqanları, o cümlədən Rusiya DİN ilə əlaqələri var", - deyə politoloq əlavə edib.

M.Şevçenko qeyd edib ki, Y.Şerbakovun qətlində təqsirləndirilərək həbs olunan Orxan Zeynalovun hərəkətləri əsasən onun kriminal aləmlə əlaqəli şəxs olduğunu deməyə əsas verir.

sia.az

Digər xəbərlər