PDF Oxu

Siyasət

  • 34

Matusof Levi: Əminəm ki, Azərbaycanın inkişafı bundan sonra da davamlı olacaqdır

Matusof Levi: Əminəm ki, Azərbaycanın inkişafı bundan sonra da davamlı olacaqdır

Mən cənab İlham Əliyevi yenidən Azərbaycanın Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ölkəniz sürətlə inkişaf edir. Əminəm ki, Azərbaycanın inkişafı bundan sonra da davamlı olacaqdır.

Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Avropa Yəhudilərinin İctimai Əlaqələr üzrə Cəmiyyətinin direktoru Matusof Levi AzərTAc-a müsahibəsində demişdir. Bildirmişdir ki, Avropa Yəhudiləri Komitəsi ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur.

Qeyd etmişdir ki, Bakıda keçirilən bu Forum böyük əhəmiyyət daşıyır. Çünki burada müxtəlif mədəniyyətlərə malik xalqlar bir araya gəlmişlər.

Artıq dördüncü dəfədir Azərbaycana gəldiyini deyən M. Levi Bakının gündən-günə inkişaf etdiyini və böyük dəyişikliklərin baş verdiyini xüsusilə vurğulamışdır.

AzərTAc

Digər xəbərlər