PDF Oxu

Siyasət

  • 30

Əbdüləziz Osman əl-Tüveycri: Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğalı soyqırımı, insanların məcburi köçürülməsi, ictimai və tarixi binaların dağıdılması ilə nəticələnmişdir

Əbdüləziz Osman əl-Tüveycri: Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğalı soyqırımı, insanların məcburi köçürülməsi, ictimai və tarixi binaların dağıdılması ilə nəticələnmişdir

Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğalı soyqırımı, insanların məcburi köçürülməsi, ictimai və tarixi binaların dağıdılması ilə nəticələnmişdir.

AzərTAc xəbər verir ki, bu sözləri oktyabrın 31-də III Bakı Beynəlxalq Humanitar Forumun açılışı mərasimindəki çıxışında İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri bildirmişdir.

İSESCO-nun baş direktoru təəssüf hissi ilə qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Azərbaycanın sülhməramlı səylərinə baxmayaraq, bu işğal hələ də davam edir.

Əbdüləziz Osman əl-Tüveycri ölkəmizin dünyada dialoqun inkişafındakı mühüm rolundan danışaraq demişdir: "Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada tolerantlığın, sülhün, insani dəyərlərin və dialoqun təbliğinə böyük töhfə verir. Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi Azərbaycanın digər dünya səviyyəli təşəbbüsləri kimi, həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir".

AzərTAc

Digər xəbərlər