Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa parlamentinin nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir, III Bakı Beynəlxalq Humanitar Forumunda iştiraklarından məmnunluq bildirən fransalı deputatlar Forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə etmişlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə sualları cavablandıran nazir E.Məmmədyarov problemin həlli ilə bağlı Azərbaycanın mövqeyi haqqında qonaqlara ətraflı məlumat vermişdir.
Görüşdə, həmçinin Azərbaycan ilə Fransa arasında ikitərəfli siyasi, iqtisadi, mədəni və parlamentlərarası əlaqələrin inkişafı, Fransanın ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi fəaliyyətinə dair fikir mübadiləsi aparılmışdır. Azərbaycanın Fransanın regionları ilə əməkdaşlığının inkişafı ilə bağlı məmnunluq ifadə olunmuşdur.
yap.org.az